Modern.az

Şagirdlər arasında dava - Sinif yoldaşının ayağını şüşə ilə yaraladı

Şagirdlər arasında dava - Sinif yoldaşının ayağını şüşə ilə yaraladı

Hadisə

16 Aprel 2024, 14:12

Gəncədə şagirdlər arasında dava olub.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Modern.az-a bildirilib ki, aprelin 16-da 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçası ilə xəsarət yetirib.

 

"Oruc Quliyevi xəstəxanaya aparıblar, vəziyyəti normaldır. Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər", - açıqlamada deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU