Modern.az

Deputatın oğlu Bakının yeni rayonuna polis rəisi təyin edilib

Deputatın oğlu Bakının yeni rayonuna polis rəisi təyin edilib

26 Oktyabr 2013, 15:28

Bakının yeni yaradılan rayonuna polis rəisi təyin edilib.

APA-nın məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi Pirallahı Rayon Polis Şöbəsi statusu alıb.

Keçmiş bölmə rəisi İsfəndiyar Mehbalıyev də Pirallahı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Xatırladaq ki, Bakının 12-ci rayonu sayılan Pirallahı rayonu 2012-ci ilin dekabrında yaradılıb.

İ. Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin oğludur. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?