Modern.az

Borel Ukraynaya "Patriot"ların verilməsini belə ƏSASLANDIRDI

Borel Ukraynaya

Dünya

16 Aprel 2024, 15:53

Ukrayna üçün "Patriot" almaq, Rusiya tərəfindən dağıdılmış İES-i bərpa etməkdən daha ucuzdur.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Jozep Borel deyib.

 

"Ukraynanın yenidən qurulmasından danışmazdan əvvəl onun məhvindən qaçmalıyıq. "Patriot" sistemlərini almaq, rusların hədəf götürdüyü elektrik stansiyasını yenidən qurmaqdan daha ucuz başa gəlir", - o qeyd edib.

 

Xatırladaq ki, son vaxtlar Rusiya qüvvələri Ukraynanın enerji infrastrukturuna ağır zərbələr endirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı