Modern.az

Gürcüstanda atışma - Yaralılar var

Gürcüstanda atışma - Yaralılar var

Dünya

17 Aprel 2024, 16:37

Gürcüstanın paytaxtı Tiflisin mərkəzində atışma qeydə alınıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə Vake rayonunda, Tabidze küçəsində baş verib.

 

Üç nəfər yaralanıb, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Hadisə şahidlərinin sözlərinə görə, atəş açan şəxs maska ​​taxıb.

 

O, küçə ilə hərəkət edən gəncə atəş açmağa başlayıb. Onun mühafizəçisi atəş açıb və hücumçunu yaralayıb.

 

Cinayətin motivi məlum deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi