Modern.az

BDU-nun tələbəsi vəfat etdi: ölüm səbəbi - YENİLƏNİB

BDU-nun tələbəsi vəfat etdi: ölüm səbəbi - YENİLƏNİB

19 Aprel 2024, 11:07

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi, 21 yaşlı Ramil Aqil oğlu Nəsirovun ölümü ilə bağlı yeni xəbər yayılıb.

Modern.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci il təvəllüdlü Ramil Nəsirovun meyiti kirayə yaşadığı mənzilin eyvanından asılmış vəziyyətdə aşkar edilib. Onun intihar etdiyi ehtimal edilir.

Araşdırma aparılır.

***

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Ramil Aqil oğlu Nəsirov vəfat edib.

Bu barədə Modern.az-a BDU-nun mətbuat xidmətindən bildirilib.

2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.

Allah rəhmət eləsin!

Whatsapp
Bizə yazın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı