Modern.az

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürüldü

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürüldü

19 Aprel 2024, 09:31

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, cari il ərzində əməliyyat yolu ilə vətəndaşlardan 1 ədəd avtomat və 6 tüfəng aşkar edilərək götürülüb.

 

Profilaktik tədbirlər nəticəsində isə 1 ədəd avtomat və 12 ədəd müvafiq sənədləri olmayan ov tüfəngini vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...