Modern.az

Goranboy rayon İcra Hakimiyyətində Aparat iclası keçirilib

Goranboy rayon İcra Hakimiyyətində Aparat iclası keçirilib

Aktual

22 Aprel 2024, 11:00

Goranboy rayon İcra Hakimiyyətində, İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Aparat iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda vətəndaş müraciətlərinə baxılmasının, xüsusən də Şəhid ailələri və qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi və onlarla görüşlərin keçirilməsi, səyyar qəbullarda edilən müraciətlərin təhlili və yerində araşdırılması, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlərin  davam etdirilməsi, DNİS üzrə tapşırıqlarin icra vəziyyəti, əkin sahələrinin suvarma suyu ilə təminatı məqsədi ilə RİH yanında yaradılmış mobil qrupların fəaliyyəti, ərazilərdə aparılan tikinti işlərinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunun öyrənilməsi məqsədi ilə monitorinqlərin davam etdirilməsi və Şöbələr üzrə verilmiş tapşırıqların icrası vəziyyəti müzakirə olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB