Modern.az

İran prezidenti Pakistanda səfərdədir

İran prezidenti Pakistanda səfərdədir

Dünya

22 Aprel 2024, 11:14

İran prezidenti İbrahim Rəisi iki günlük səfər çərçivəsində bu gün (22 aprel - red.) Pakistanın paytaxtı İslamabada gedib.

 

Modern.az-ın məlumatına görə, İran prezidentini Pakistanın əmək və mənzil naziri Hüseyn Pirzadə və digər rəsmilər qarşılayıblar.

 

Səfər çərçivəsində Rəisi Pakistan rəsmiləri ilə görüşərək danışıqlar aparacaq.

 

İran prezidentinin səfəri çərçivəsində iki ölkə arasında ticarət, səhiyyə, iqtisadiyyat, təhlükəsizlik, ədliyyə və kənd təsərrüfatı sahələrində əməkdaşlıq sənədlərinin imzalanacağı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı