Modern.az

Zərdabi ənənələri və Eynulla Fətullayev - Yeni rubrikada hallanan iki ad

Zərdabi ənənələri və Eynulla Fətullayev - Yeni rubrikada hallanan iki ad

29 Oktyabr 2013, 10:28


Modern.az
saytı “Media bu gün” adlı yeni rubrikasında əsasən klassik jurnalistika ənənələri ilə çağdaş medianın ayrılan və kəsişən yolları müzakirə mövzusu olacaq. İlk olaraq milli mətbuatın banisi Həsən bəy Zərdabinin maarifçi mətbuatı ilə çağın mediası arasında müqayisələr aparılacaq. Sual belədir: müasir Azərbaycan mətbuatında Zərdabi izi görünürmü?

BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev: ““Əkinçi” qəzeti ilə Həsən bəy Zərdabi ictimai fikir üçün bu tribunanı yaratdı. Jurnalistikanı ictimai fikir institutuna çevirdi. O zaman da cəmiyyət naminə çıxışlar olurdu və bunu ilk edən Zərdabi oldu. Sonradan Zərdabinin davamçıları olan şəxslər Azərbaycan cəmiyyətində sözün həqiqi mənasında intibah səciyyəli işlər gördülər. Onların sayəsində mətbuat, jurnalistika ictimai fikir institutuna çevrildi. Yeni islahatlara meydan açıldı. Hətta sovet dövründə mətbuat ideoloji basqılar altında olsa belə, bizi mədəni-mənəvi-tarixi yaddaşa bağlayan əsas vasitə oldu. Bu gün də jurnalistikanın keçilən təcrübəsinə bağlanmalıyıq ki, inkişaf koordinatlarımızı dəqiq müəyyən edək. Amma çox təəssüf ki, bu gün Azərbaycan jurnalistikasında kosmopolitizm, kənar, yad dəyərlərə bildi-bilmədi meyl etmə var. Təbii ki, dünyadan təcrid olunmağın tərəfdarı deyilik. Amma o institut ki, Azərbaycanda var və onun bəhrəsini cəmiyyət görüb, biz də həmin instituta sahib olmağı bacarmalıyıq. Yoxsa olanları atıb yenidən başqa şey yaratmaq düz deyil. Dünya gör-götür dünyasıdır, biz də yaxşı nə varsa onu dəyərləndirməliyik. Amma nəyi götürürük, bax onun barəsində fikirləşməliyik. Jurnalistika başqa sahələrdən məhz buna görə fərqlənməlidir. Jurnalistika olay əsasında yeni xəbər istehsal edən və cəmiyyətə informasiya qidası verən xüsusi peşədir. Biz də bugünkü çağırışlara əməl etməliyik. XIX əsrdə Zərdabi də səsləndirdiyi.

Əməkdar jurnalist Tahir Aydınoğlu: “Zərdabiçilik sözlə xalqa təmənnasız xidmət etməkdir. Burda artıq söz işlətmək yersizdir. Zərdabiçilk təkcə jurnalistikada deyil, maarifdə, elmdə və başqa sahələrdə də var. Əgər sözdən təmənna güdülürsə, bu, artıq zərdabiçilik deyil. Xalqa sözlə fayda vermək, onu doğru yola yönəltmək əsl zərdabiçilikdir. Bu gün də bizim doğru yola, həqiqətə ehtiyacımız var. Kimsə həqiqətin bir hissəsini deyib, o biri hissəsini demirsə bu, zərdabiçilik deyil, bu artıq yamsılamadır. Kimsə sözdən təmənna güdürsə bu, zərdabiçilik deyil.

Söz adamı öz gündəlik ruzisi üçün təbii ki, qazanc naminə çalışa bilər. Amma Zərdabi meyarlarından kənara çıxmamaq şərtilə. Kimsə aktual mövzulardan yazıb gündəlik çörək pulunu qazanırsa, bunun elə də bir ziyanı yoxdur. Zərdabinin dövrü başqa idi. Onun başqa yerdən qazancı var idi. Bakı gimnaziya məktəbində jurnalistin qazancından çox maaş alırdı. Sadəcə olaraq əsas məsələ vicdanı satmamaq, sözlə alver etməməkdir. Bizim çox ünlü yazarlar var ki, onlar qəzet açıb milli əqidənin daşıyıcısına çevrilirlər. Amma qəfildən görürsən ki, həmin qəzeti bağlayıb o əqidənin tam əksinə hərəkət edirlər. Məsələn, Eynulla Fətullayev. Deyirdi ki, guya,  xocalıları biz qırmışıq. Eynullanın sözlə alver etməkdə xüsusi marağı var. Əgər Tahir Aydınoğlu və digərləri peşə kodeksinə uyğun fəaliyyət göstərirsə, arxivlərdə araşdırma aparırsa, deməli, onlar təmənnasız xidmət edirlər. Amma sözlə alver etmək odur ki, bu insanlar müxtəlif qiyafələrə girirlər“.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi