Modern.az

Milli Məclis 5-dən çox uşağı olan ailələrə müavinətlər verilməsini təsdiqləyib

Milli Məclis 5-dən çox uşağı olan ailələrə müavinətlər verilməsini təsdiqləyib

Ölkə

29 Oktyabr 2013, 13:53

Milli Məclisin bu gün keçirilən iclasında "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik edilib.

Parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qanun layihəsini təqdim edərək bildirib ki, qanuna çoxuşaqlı ailələrə müavinətlərin verilməsi ilə bağlı əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihəsi daxil olub.

Yeni əlavə və dəyişikliklərə əsasən, 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə ayrıca müavinət veriləcək. Müavinət 1 yaşından (1 yaşı tamam olduqdan sonra) 18 yaşına qədər olan uşaqlara veriləcək. Uşağın 18 yaşı tamam olduqda müavinətin verilməsi dayandırılacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi