Modern.az

Ermənistanda eks-prezidentin oğlu polisə aparıldı

Ermənistanda eks-prezidentin oğlu polisə aparıldı

Aktual

25 Aprel 2024, 14:24

Bu gün Ermənistanın müxtəlif bölgələrində keçirilən etiraz aksiyalarının 30-a yaxın iştirakçısı saxlanılıb.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, saxlanılanlar arasında eks-prezident Robert Köçəryanın oğlu Levon Köçəryanın da olduğu bildirilir.

Levon Köçəryanın özü Vedi polis bölməsində olduğunu bildirib.

Qeyd edək ki, Levon Köçəryan parlamentin deputatıdır.

Xatırladaq ki, Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb. Polis aksiyalara müdaxilə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!