Modern.az

Husilərin hücum planı alınmadı - İngilislərdən zərbə

Husilərin hücum planı alınmadı - İngilislərdən zərbə

Dünya

25 Aprel 2024, 23:13

Britaniya Kral Donanmasının döyüş gəmisi Yəməndəki husi üsyançılarının atdığı raketi vurub.

 

Modern.az Birləşmiş Krallığın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, husi üsyançıları Ədən körfəzində ticarət gəmisini hədəfə alıblarmış.

 

Kral Hərbi Dəniz Qüvvələrinin döyüş gəmisinin heyəti raketi vurmaq üçün “Sea Viper” raket sistemindən istifadə edib.

 

Britaniya Kral Donanması husi üsyançılarının hücumlarının qarşısını almaq üçün Qırmızı dənizdə və Ədən körfəzində dislokasiya olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım