Modern.az

8-ci Beynəlxalq Avrasiya Sosial Elmlər Konqresi keçirilir – Fotolar

8-ci Beynəlxalq Avrasiya Sosial Elmlər Konqresi keçirilir – Fotolar

Aktual

27 Aprel 2024, 10:39

25-28 aprel tarixlərində Türkiyənin Muğla şəhərində 8-ci Beynəlxalq Avrasiya Sosial Elmlər Konqresi keçirilir. Konqresdə Türkiyə, Malaziya, Makedoniya, Özbəkistan, Nigeriya, Pakistan, Rumıniya, Kosova, Ukrayna, Azərbaycan və b. ölkələrdən 150-yə qədər alim və tədqiqatçı iştirak edir. Konqresin giriş zalında müxtəlif ölkələri təmsil edən araşdırmaçı alimlərin türk dünyasına aid kitablarından ibarət sərgi təşkil olunmuşdur. Sərgidə millət vəkili Cavanşir Feyziyevin türk birliyinə həsr olunmuş “Türk dünyası” beşcildlik əsərləri nümayiş etdirilir.

 

Konqresin açılış mərasimində çıxış edən azərbaycanlı alimlərin – AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi prof.dr. Mərziyyə Nəcəfovanın “Ədəbiyyatda türk birliyi və gerçəkliyi”və professor Sevinc Əliyevanın “Qədim türk abidələrində verilən mesajlar” adlı məruzələri böyük maraqla qarşılanmışdır. Qarşıdakı günlərdə konqres öz işini ayrı-ayrı panellərdə davam etdirəcəkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama