Modern.az

Tovuzda ağır qəza: 3 nəfər yaralandı - FOTO

Tovuzda ağır qəza: 3 nəfər yaralandı - FOTO

27 Aprel 2024, 19:29

Tovuzda ikisi azyaşlı olmaqla üç nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ” və “Opel” markalı minik maşınları toqquşub.Nəticədə VAZ-ın sürücüsü 41 yaşlı Anar Həsənov, 15 yaşlı Nicat Həsənov və 15 yaşlı Famil Həsənli xəsarət alıb. Onlardan birinin vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?