Modern.az

Şahdilidə ekoturizm yarışması

Şahdilidə ekoturizm yarışması

28 Aprel 2024, 15:29

Yeniyetmələrin təbiətlə təmaslarının formalaşması, ekoloji turizmin təşviqi və “Yaşıl dünya naminə həmrəylik ili”nin məktəblilər arasında təbliği məqsədilə Abşeron Milli Parkının dəsətəyi, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Şahdilidə məktəblilərin ekoturizm yarışması keçirilib.

 

Modern.az xəbər verir ki, yarışa Bakı şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinə daxil olan qurumların 9 komandası qatılıb.

 

Komandalar Şahdili istiqamətində müəyyən olunmuş vaxt üzrə 5 km-lik məsafəni qət etmək üçün yarışıb.

 

Ən yaxşı nəticə göstərən komandalar təltif edilib və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza