Modern.az

Vəzifəli şəxsin oğlunun üzərinə benzin tökdüyü qadın ÖLDÜ

Vəzifəli şəxsin oğlunun üzərinə benzin tökdüyü qadın ÖLDÜ

Hadisə

30 Aprel 2024, 10:07

Tovuzda üstünə benzin tökülərək yandırılan qadın xəstəxanada ölüb.

 

Modern.az-ın məlumatına görə, ağır yanıq xəsarətləri alan 1990-cı il təvəllüdlü Türkanə Məmmədova ötən gün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində vəfat edib.

 

Qeyd edək ki hadisə aprelin 19-da Tovuz rayonunun Aşağı Quşçu kəndində yerləşən kafelərinin birinin yaxınlığında qeyd alınıb. Belə ki, rayon sakini 2002-ci il təvəllüdül Röyal Tağıyev kənddə yerləşən kafedə, orada çalışan Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

 

Qeyd edək ki, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?