Modern.az

İlham Əliyev İraqa səfər edəcək

İlham Əliyev İraqa səfər edəcək

Ölkə

1 May 2024, 18:51

İraq Parlamentinin sədri Azərbaycan şirkətlərini ölkəsində genişmiqyaslı bərpa-quruculuq işlərinə töhfə verməyə dəvət edib.

Modern.az xəbər verir ki, Möhsin Əli Əkbər Əl-Mandalavi bu barədə bu gün Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

Parlamentin sədri Azərbaycan Prezidentini tezliklə İraqda görməkdən məmnun olacaqlarını deyib.

Dövlət başçısı İraqa məmnuniyyətlə səfər edəcəyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza