Modern.az

Milli Məclis 4 gün dalbadal iclas keçirəcək

Milli Məclis 4 gün dalbadal iclas keçirəcək

Parlament

31 Oktyabr 2013, 16:31

Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında bildirib ki, Milli Məclisin növbəti plenar iclasları ard-arda 4 gün – noyabrın 12, 13, 14, 15-də keçirilməsi nəzərdə tutulub.

A. Təvəkküloğlu bildirib ki, iclasların gündəliyinə 6 məsələ daxildir: “Bunlar “2014-cü il dövlət büdcəsi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında”, “2014-cü il üçün yaşayış minimumu haqqında”, “2014-cü il üçün ehtiyac meyarının həddi haqqında”, “Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında” qanun layihələridir”.

 

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...