Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubuna (OİK) əsgər çağırışı bərpa edilib. Modern.az bildirir ki, bu barədə hərbi ekspert, polkovnik –leytenant Üzeyir Cəfərov açıqlama yayıb. Onun sözlərinə görə, bir neçə il əvvəl hərbi çağırışçıların rüşvət vasitəsi ilə OİK-ə qəbuluna dair yayılan məlumatdan sonra eks-müdafiə naziri Səfər Əbiyev kluba əsgər qəbulunu qadağan etmişdi.