Modern.az

Köçəryan erməni kilsəsi ilə Paşinyana qarşı birləşib

Köçəryan erməni kilsəsi ilə Paşinyana qarşı birləşib

Dünya

3 May 2024, 11:28

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisi Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı Baqrat Qalstanyanla görüşü barədə məlumatı təkzib edib.


Modern.az xəbər verir ki, ofisin yaydığı məlumatda deyilir:

“Belə bir görüş olmayıb. Bu, hakimiyyətin növbəti saxtakarlığıdır”.

Bundan əvvəl mətbuatda Baqrat Qalstanyanın İrəvanda, o cümlədən bütün ermənilərin katolikosu II Qaregin və Ermənistanın ikinci prezidenti Robert Köçəryanla görüşlər keçirməsi barədə xəbər yayılıb.

Baqrat Qalstanyan son günlər Ermənistanın Tavuş bölgəsində Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı keçirlən aksiyaların fəal iştirakçısıdır. O, vəziyyətin gərginləşdirlməsi üçün sakinləri aksiyalarda iştiraka çağırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım