Modern.az

Putin vahid gömrük tranzitinə dair sazişin imzalanmasını təsdiqlədi

Putin vahid gömrük tranzitinə dair sazişin imzalanmasını təsdiqlədi

Dünya

3 May 2024, 11:35

Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqının və üçüncü tərəflər üçün vahid gömrük tranziti sistemi haqqında sazişin imzalanmasını təsdiqləyib.

Modern.az xəbər verir ki, müvafiq sərəncam hüquqi informasiya internet portalında dərc olunub.

“Biz bu sərəncamda nəzərdə tutulmuş sazişin Avrasiya İqtisadi Şurasının iclasında imzalanmasını məqsədəuyğun hesab edirik”, - sənəddə deyilir.

Bundan əvvəl Avrasiya İqtisadi Komissiyası (AİK) bəyan etmişdi ki, gömrük tranziti haqqında sazişin müddəalarının praktiki icrası həm tənzimləyici xidmətlərin hərəkətlərini minimuma endirməklə, həm də əlavə xərcləri azaltmaqla malların daşınması prosedurunu sadələşdirəcək və optimallaşdıracaq.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım