Modern.az

AFFA bu klubları CƏRİMƏLƏDİ

AFFA bu klubları CƏRİMƏLƏDİ

Aktual

3 May 2024, 13:29

AFFA İntizam Komitəsi II Liqa klublarını cərimələyib.

 

Modern.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna XXXIII turun qarşılaşmalarında qeydə alınan qayda pozuntuları səbəb olub.

 

“Şəmkir” – “Göygöl” (3:0) oyununun 78-ci dəqiqəsində qonaq komandanın futbolçusu Vahid İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Klub buna görə 300 manat cərimə edilib. Futbolçu üçün 3 ay sınaq müddəti təyin edilib.

 

“Sheki City” – “Cəbrayıl” matçının (1:3) 63-cü dəqiqəsində meydan sahiblərindən Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, komandası 300 manat cərimələnib. Bu görüşün 64-cü dəqiqəsində azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sheki City” klubu 100 manat cərimə ödəməli olacaq.

 

“Şahdağ Qusar” – “Füzuli” görüşü (3:3) btidikdən sonra qonaqların futbolçusu Əziz Hüseynov rəqibi təpiklə vurduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Füzuli” klubu isə 300 manat cərimələnib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...