Modern.az

Çin lideri Makron və Leyenlə görüşəcək 

Çin lideri Makron və Leyenlə görüşəcək 

Dünya

3 May 2024, 18:16

Avropa İttifaqı, Fransa və Çin liderlərinin üçtərəfli görüşü keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

 

Görüş mayın 6-da Parisdə baş tutacaq. Görüşdə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron və Çin Xalq Respublikasının Sədri Si Cinpin iştirak edəcək.

 

Ukrayna, Çin və Qərb ölkələri arasında ticarət kimi mövzuların müzakirə ediləcəyi gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım