Modern.az

"“Gülüstan” müqaviləsi ilə bağlı tədbir Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirməyə yönəlib”

"“Gülüstan” müqaviləsi ilə bağlı tədbir Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirməyə yönəlib”

Parlament

1 Noyabr 2013, 15:56

 “Moskvada “Gülüstan” müqaviləsinin 200 illiyi ilə bağlı keçirilən tədbir və Dövlət Dumasının keçmiş deputatı  Konstantin Zatulinin oradakı çıxışı Azərbaycan -Rusiya münasibətlərini gərginləşdirmək üçün atılan bir addımdır”. Bu sözləri Modern.az-a  Milli Məclisin deputatı Fuad Muradov Moskvada keçirilimiş “Gülüstan” sülh müqaviləsinin 200 illiyinə həsr olunmuş beynəlxalq konfransda MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulinin Azərbaycana qarşı yönələn ittihamlarını şərh edərkən bildirib.

Deputat bildirb ki, bu başabəla “direktorun” əsas məqsədi qondrama erməni tarixi barədə “subutlar” gətirməklə Ermənistanın Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaqdır. “Gülüstan” müqaviləsinin ermənilərə heç bir aidiyyatı yoxdur. Bu İran- Rusiya müharibəsindən sonra yaranmış şəraitlə bağlı Azərbaycan xanlıqları ilə  münasibətləri müəyyənləşidrən hüquqi sənəddir. Ermənilər bu müqavilədə ayrıca subyekt kimi çıxış etməyib”-deyə deputat bildirib. Bu toplantının keçirilməsində Moskvadakı bəzi qüvvələrin əli olduğunu deyən  F. Muradov bundan təəssüfləndiyini bildirib. “Zatulun Azərbaycanın və Rusiyanın düşmənidir. Təəssüf ki, Zatulin kimi insanlar Rusiyadakı bəzi qüvvələr tərəfindən dəstəklənir”-deyə deputat vurğulayıb.  F. Muradovun sözlərinə görə, belə sərsəm addımlar iki tərəfli münasibətlərə kölgə sala bilməz. “Amma eyni zamanda Rusiyada dövlətin möhkəmlənməsi üçün  çalışan insanlar Zatulin kimi təxribatçıların qarşısını almalıdırlar”-deyə F.Muradov vurğulayıb.  

  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...