Modern.az

Taleh Kazımov bank rəhbərlərini topladı - Tapşırıqlar verildi

Taleh Kazımov bank rəhbərlərini topladı - Tapşırıqlar verildi

İqtisadiyyat

6 May 2024, 12:00

Azərbaycan Mərkəzi Bankında (AMB) banklarla maliyyə bazarlarındakı son meyllər müzakirə edilib.

 

Modern.az xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

 

"Azərbaycan Banklar Assosiasiyasının rəyasət heyətinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşdük. Görüşdə cari ilin ilk rübünün nəticələrini və sektorun gündəmində olan mühüm məsələləri nəzərdən keçirdik", deyə qeyd edib.

 

T. Kazımov bildirib ki, həmçinin maktoriqtisadi amillər, banklararası bazarda və ümumilikdə sektorda mövcud olan meyillər ətrafında fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi