Milli Məclisin İntizam Komissiyasının sədri Siyavuş Novruzov Milli Məclisin son iclasında millət vəkillərinin bir-birinin yerinə səsverməsi məsələsinə münasibət bildirib.
Modern.az-a açıqlama verən S. Novruzov bildirib ki, ümumiyyətlə dünyada səsverməyə yanaşmaya müxtəlif cürdür. “Dünya ölkələrinin bir çoxunda, məsələn, ABŞ, Böyük Britaniya və s. qanun layihələri müzakirə olunur, sonradan səsvermə gedir. Həmin parlamentlərin səsvermə qaydalarına baxsaq görərik ki, salsaq, qanun layihəsi müzakirə olunanda kim qanun layihəsinə maraqlıdırsa, çıxış etmək və ya müdafiə etmək istəyirsə, orada iştirak edir. Kim maraqlı deyilsə, hər biri oturub öz otaqlarına gedir və otaqda televizor qanun layihəsinin müzakirəsini göstərir. Elə olur ki həmin vaxtı senator qonaq qəbul edir, amma televizordan bu proses onun otağında canlı göstərilir və səsvermə vaxtı hər biri çağırılır”. Deputat bildirib ki, nə daxili nizamnamədə, nə də digər qanunlarda kiminsə öz yoldaşının əvəzinə səs verməsinin hər hansı qanun pozuntusu olması yoxdur. “Sadəcə olaraq bəlkə də sizin kimi bir jurnalist deputatı dəvət edib müsahibə alsın. Müsahibə verən anda qanun müzakirəsi bitir və səsvermə olur. O da qabaqcadan yoldaşına deyir ki, “Mən qanunun lehinəyəm, xahiş edirəm, mənim əvəzimə səs ver”. Burada qeyri-adi bir şey yoxdur”, – deyə Siyavuş Novruzov vurğulayıb.
Aytən ƏLİYEVA