Modern.az

Məqsədimiz milli gündəmə xidmət etmək deyil - Paşinyan

Məqsədimiz milli gündəmə xidmət etmək deyil - Paşinyan

Dünya

7 May 2024, 12:25

"Ermənistan Respublikasının əsas məqsədi tarixi ədalətə xidmət etmək, milli gündəmə xidmət etmək deyil". 

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

 

"Bu, Ermənistan vətəndaşlarının azadlığını, xoşbəxtliyini və rifahını təmin etməkdir. Və burada heç bir ziddiyyət yoxdur. İstənilən erməni Ermənistan vətəndaşı ola bilər", - o qeyd edib.

 

Paşinyan Ermənistanı əhatə edən regional mühit barədə də söz açıb: "Gürcüstan və İranla mehriban qonşuluq münasibətlərinin dərinləşdirilməsi və inkişafı, Türkiyə və Azərbaycanla düşmənçiliyin idarə olunması, azaldılması, aradan qaldırılması, regional nəqliyyat inteqrasiyası, iqtisadi əlaqələrin qurulması, onların dərinləşməsi və inkişafı".

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...