Modern.az

Şahzadə Harri Londona qayıtdı

Şahzadə Harri Londona qayıtdı

Dünya

7 May 2024, 19:37

ABŞ-da yaşayan Şahzadə Harri Londona səfər edib.

 

Modern.az xəbər verir ki, Sasseks hersoqu İnviktus Oyunlarının 10-cu ildönümünü qeyd etmək üçün Böyük Britaniyaya qayıdıb. Onun sabah Müqəddəs Paul Katedralında çıxış etməsi planlaşdırılır. Şahzadə Harrinin mətbuat xidmətindən bildirilib ki, o, atası Kral Çarlzla görüşməyəcək.

 

Qeyd edək ki, Şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl “sarı mətbuatın” artan və çox vaxt qərəzli diqqətindən yayınmaq üçün 2020-ci il martın 31-də könüllü olaraq kral ailəsinin üzvü statusundan imtina edib. Onlar hazırda ABŞ-da yaşayırlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...