“Krokus Group” şirkətinin Moskvada keçirəcəyi “Kainat Gözəli” yarışmasının münsiflər heyətinə rusiyalı estrada muğənnisi Filip Kirkorov daxil edilib. Modern.az bildirir ki, bu barədə müsbiqənin təşkilatçısı, şirkətin vitse-prezidenti Emin Ağalarov ORT-dəki “Veçernıy Urqant” proqramında çıxşı zamanı deyib. Münsiflər heyətinin daha bir üzvü isə dünya şöhrətli “Aerosmit” qrupunun rəhbəri Stiv Taylerdir.
“RİA-Novosti”yə müsahibəsində E.Ağalarov bildirib ki, yarışmaını təşkil olunması üçün 20 milyon dollar xərclənib. E.Ağalarovun sözlərinə görə, yarışmaya 82 dövlətdən gənc qızlar qatılıb. 60 yaşı olan “Kainat Gözəli” müsabiqəsi ilk dəfə olaraq Rusiyada təşkil olunur. Yarışma noybarın 5-9-da “Krokus Siti Holl”-da keçirləcək.