Modern.az

İnsan alverinə görə axtarışda olan qadın HƏBS EDİLDİ

İnsan alverinə görə axtarışda olan qadın HƏBS EDİLDİ

Aktual

8 May 2024, 13:22

3 ildir insan alverinə görə axtarışda olan 40 yaşlı Aygün Kərimova (ad-soyad şərti) həbs edilib.

 

Modern.az xəbər verir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla tutulub.

 

Ona qarşı Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) maddəsi ilə yekun ittiham elan edilib.

 

Xanım müttəhim iki nəfər həmcinsini cinsi istismara məruz qoymaqda təqsirləndirilir.

 

İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...