Modern.az

Şahbaz Xuduoğlu: ““Qanun” nəşriyyatı bağlanmayıb, yalandır”

Şahbaz Xuduoğlu: ““Qanun” nəşriyyatı bağlanmayıb, yalandır”

3 Noyabr 2013, 22:58


Bəzi media orqanları “Qanun” nəşriyyatının fəaliyyətinin dayandığı barədə xəbərlər yayıb. Modern.az-ın məlumatına görə, məsələyə “Qanun”un direktoru Şahbaz Xuduoğlu münasibər bildirib və belə xəbərləri təkzib edib:

”Bəyan edirəm ki, bu məlumat həqiqətə uyğun deyil. Nəşriyyat fəaliyyətini davam etdirir. Birinci gündən hər kəs iş başında olacaq. Vergi əməkdaşlarının redaksiyamızdakı əməliyyat-axtarış tədbirləri ilə bağlı isə ətraflı məlumat verəcəyik”.

Xatırladaq ki, Vergilər Nazirliyi “Qanun” nəşriyyatında yoxlama aparır. Noyabrın 1-də bir neçə nəfər ofisə gələrək yoxlamaya başlayıb. Ş.Xuduoğlunun sözlərinə görə, vergi müfəttişləri “Qanun” Nəşriyyatının sənədlərini, əlyazmalarını və kompüterləri götürüb aparıblar.


Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi