“Deyilənlər bağlı lazım bilsəm, yeni məqalə yazacağam”. Bunu Modern.az-a jurnalist Eynulla Fətullayev deyib.
Qeyd edək ki, noyabr ayının 1-də vergi müfəttişləri “Qanun” Nəşrlər Evində yoxlamalar aparıblar. Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu bu cür yoxlamaların qeyri-qanuni olduğunu vurğulayaraq “Qanun”a qarşı aparılan təbliğat kampaniyasında Eynulla Fətullayevi ittihamlayıb: “Çox təəssüf edirəm. Çünki Eynullaya ilk dəfə Azərbaycanda mən iş vermişəm, mən onu böyütmüşəm. Təəssüf ki, indi o, bu fəaliyyətlə məşğuldur”.
Ş. Xuduoğlunun səsləndirdiyi fikirlərlə bağlı E. Fətullayev geniş açıqlama vermək istəməyib: “Fikirlərimi məqalələrimlə çatdırıram. Ona görə əlavə açıqlama vermək istəmirəm. Mən jurnalistəm, bütün hadisələrə də məqalələrimlə fikir bildirirəm”.
“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu hazırda Bakıda olmadığını, ona görə də nəşriyyatda baş verənlərdən xəbərsiz olduğunu bildirdi: “Ərəb Əmirliyinin Şarja şəhərində beynəlxalq konfransdayam. Konfransa Ərəb Əmirliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə gəlmişəm. Burada beynəlxalq kitab yarmarkası olacaq. Bir həftə burada olacağam, ona görə də nəşriyyatda yoxlamalarla bağlı nələrin baş verməsindən xəbərsizəm. Amma deyim ki, nəşriyyat öz işini davam etdirir”.
İlkin PİRƏLİ