Modern.az

Hakim partiya ilə müəyyən əlaqələrimiz var - Delimitasiya əleyhdarı

Hakim partiya ilə müəyyən əlaqələrimiz var - Delimitasiya əleyhdarı

Dünya

10 May 2024, 10:51

"Hakim partiya ilə müəyyən əlaqələr var”. 

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu delimitasiyaya qarşı aksiyaların təşkilatçılarından, radikal politoloq Suren Petrosyan jurnalistlərə bildirib.

 

O deyib ki, təmaslar “Mülki müqavilə” Partiyasının üzvlərinin təşəbbüsü ilə baş tutub. Onun sözlərinə görə, bu, təəccüblü deyil, çünki "hərəkatın məqsədi barışıqdır".

 

Qeyd edək ki, radikal arxiyepiskop Baqrat Qalstanyan insanları yerli vaxtla saat 18:30-da İrəvandakı Respublika meydanına çağırıb.

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...