Modern.az xəbər verir ki,noyabrın 1-dən Tovuzda yeni TTV kanalı fəaliyyətə başlayıb. Bir saatdan bir olmaqla gün ərzində 17 xəbər buraxılışını tamaşaçılara təqdim edən yeni telekanala uzun müddət AzTV-də çalışmış telejurnalist Nadir Şəfiyev rəhbərlik edir. Efirin gündəlik həcmini 24 saata çatdırmağı planlaşdıran TTV müxtəlif bölgələrində fəaliyyət göstərən digər regional televiziyalarla da əməkdaşlıq təşkil edib. Yaxın gələcəkdə Rusiya, Türkiyə, İran və Gürcüstanda müxbir məntəqələrinin aşılması nəzərdə tutulur.
Kadr siyasətinə gəldikdə, telekanal peşəkarlara üstünlük verməklə yanaşı, sırf xəbər formatında ixtisaslanan peşəkar kadrların yetişdirilməsi prosesini də təşkil etmək niyyətindədir. Bunun üçün xüsusi treninglərin təşkil edilməsi planlaşdırılır.