Modern.az

Vahid Əhmədov hökuməti məmurların maaşını qaldırmağa çağırdı

Vahid Əhmədov hökuməti məmurların maaşını qaldırmağa çağırdı

Parlament

4 Noyabr 2013, 12:51

Modern.az xəbər verir ki, Vahid Əhmədov gələn ilin dövlət büdcəsində rayonların mərkəzləşdirilmiş xərclərdən azad edilməsi məsələsinə toxunub. Büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deputat bildirib ki, ümumilikdə belə xərclər gələn ilin büdcəsində azalmayıb.

“Bəzi rayonlar mərkəzləşdirilmiş xərclərdən azad edilsə də, digər rayonlarda xərclər artıb. Bu prosesə yenidən baxılmalıdır. Məsələyə daha ciddi yanaşmaq lazımdır. Bir neçə rayon mərkəzləşdirilmiş xərclərdən azad edilməlidir”, – deyə V. Əhmədov bu gün Milli Məclisdə keçirilən beş komitənin birgə iclasında qeyd edib.

O, ölkədə təhsilin inkişafı və keyfiyyətinə toxunaraq bildirib ki, təhsilin inkişafı üçün 2,2 milyard manat vəsait nəzərdə tutulsa da, bu, özünü təhsilin inkişafında özünü göstərmir. Vahid Əhmədov məktəblərdəki qaz, su, işıq, istilik probleminə də toxunub.

Sosial ipotekaya ayrılan xərclərin azlığından və ipoteka şərtləri barədə danışan V. Əhmədov bildirib ki, şərtlər dəyişdirilməlidir. “Aşağı təminatlı ailələr, gənclər, hərbçilər, müəllimlər bu krediti ala bilmir, onlar faizi, ilkin ödənişi ödəyə bilmir. Məbləğ də azdır, 50 min manat. Bakıda 100 manata 2 və ya 3 otaqlı ev alınır. Regionlarda da sosial ipotekanın tətbiqinə başlanılmalıdır”.

Dövlət qulluqçularının maaşlarının azlığından gileylənən millət vəkili bildirib ki, yerli icra orqanlarında işləyənlərin əməkhaqqısı cəmi 150-200 manatdır. O, hökuməti dövlət qulluqçularının maaını qaldırmağa çağırıb.

Vahid Əhmədov Hesablama Palatasının rəyindən narazı qalıb. “Rəydə ciddi heç nə görmürük. Qurum nəzarət funksiyası daşısa da, rəydə çatışmayan cəhətləri göstərməyib”.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...