Modern.az

Gənc yazarın ölüm xəbəri həqiqəti əks etdirmir - AÇIQLAMA

Gənc yazarın ölüm xəbəri həqiqəti əks etdirmir - AÇIQLAMA

Aktual

11 May 2024, 00:06

Gənc yazar, aparıcı Murad Muradovun ölüm xəbəri həqiqəti əks etdirmir.

 

Modern.az xəbər verir ki, bu barədə "Report"a Quba Mərkəzi rayon Xəstəxanasından məlumat verilib.

 

Xəstəxananın reanimasiya şöbəsinin reanimatoloqu Paşa Məmmədov bildirib ki, gənc yazarın həyatda qalmaq şansı olmasa da, hələ ki, sağdır.

 

O qeyd edib ki, M.Muradovun vəziyyəti son dərəcədə ağırdır, koma 3-dür:

 

"Beyin ölümü baş verib, lakin hələ ki, ürək vurur. O, süni nəfəs aparatına bağlıdır".

 

Qeyd edək ki, bu gün sosial mediada gənc yazar, aparıcı Murad Muradovun ölüm xəbəri yayılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU