Modern.az

Ukrayna üçün 400 milyon dollarlıq hərbi YARDIM 

Ukrayna üçün 400 milyon dollarlıq hərbi YARDIM 

Dünya

10 May 2024, 21:54

ABŞ prezidenti Co Bayden Ukraynaya 400 milyon dollar hərbi yardım göstərilməsi barədə göstəriş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

Vəsait müdafiə vasitələri və xidmətləri, hərbi təlimlər üçün nəzərdə tutulub.

 

“Politico” qəzetinin məlumatına görə, yardımın yeni tranşına Amerika hərbi anbarlarından olan “Patriot” sistemləri üçün raketlər, “Stinger” zenit raketləri, “Javelin” daşına bilən tank əleyhinə raket kompleksləri, “Bradley” piyada döyüş maşınları daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...