Modern.az

Tovuzda qaçırılan məktəbli qız ailəsinə qaytarıldı

Tovuzda qaçırılan məktəbli qız ailəsinə qaytarıldı

11 May 2024, 10:24

Tovuz rayonunda evlənmək məqsədilə qaçırılan məktəbli qız ailəsinə təhvil verilib.

Modern.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, 10-cu sinif şagirdi Aysel Məmmədlini (şərti ad) kənd sakini Mətin Mustafayev evlənmə məqsədi ilə qaçırıb. Məktəbli qız ailəsinə təhvil verilib, məsələnin nəzarətdə saxlanılması təmin olunub.

Faktla bağlı araşdırma davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU