Modern.az

Generala Müdafiə Nazirliyində yüksək vəzifə VERİLDİ

Generala Müdafiə Nazirliyində yüksək vəzifə VERİLDİ

13 May 2024, 11:28

General-mayor Müşfiq Məmmədov Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub.

 

Modern.az xəbər verir ki, müvafiq təyinat Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı edilib.

 

Xatırladaq ki, idarənin əvvəlki rəisi hazırda Azərbaycan Ordusunun Baş Qərargah rəisi olan Kərim Vəliyev idi. K.Vəliyev Baş Qərargah rəisi təyin olunduqdan sonra bu vəzifəni general-mayor Elçin Xəlilov icra edib.

 

Qeyd edək ki, M.Məmmədov bu təyinata qədər Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. O, eyni zamanda Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini də icra edib. 2020-ci ildə Muşfiq Xıdır oğlu Məmmədov Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir