Modern.az

Merkelin memuarı satışa çıxacaq - 42 avroya...

Merkelin memuarı satışa çıxacaq - 42 avroya...

Dünya

13 May 2024, 17:44

Almaniyanın keçmiş kansleri Angela Merkel xatirələrini dərc etməyə hazırlaşır.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, “Azadlıq” adlanan memuar janrındakı kitab bu il noyabrın 26-da kitab mağazalarında satışa çıxmalıdır.

 

Üz qabığında Angela Merkelin özü nikbin şəkildə uzaqlara baxır. Memuarın 30-dan çox ölkədə nəşri gözlənilir və “zəmanəmizin ən mühüm liderlərindən birinin düşüncələri və hərəkətləri haqqında dərin məlumat verəcək”. Bununla belə, naşirin sözlərinə görə, Merkelin xatirələri yalnız 1954-cü ildən 2021-ci ilə qədər olan dövrlə məhdudlaşır və Rusiyanın Ukraynaya təcavüzünə toxunmur.

 

700 səhifəlik kitabın qiymətinin 42 avro olacağı gözlənilir; elektron versiyasını isə 30 avroya oxumaq olar. Tirajın hazırlanması, Merkelin özünün dediyi kimi, Köln nəşriyyatı olan "Kiepenheuer and Witsch" tərəfindən həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...