Modern.az

Sahibə Qafarova Sinqapurda səfərdədir

Sahibə Qafarova Sinqapurda səfərdədir

14 May 2024, 11:12

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti 14-də Sinqapura rəsmi səfərə gəlib.

 

Bu barədə Modern.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

“Sinqapur Çanqi” Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.

 

Səfər çərçivəsində spikerin Sinqapurda bir sıra rəsmi görüşləri nəzərdə tutulub.

 

Nümayəndə heyətinə deputatlar Məşhur Məmmədov, Səttar Möhbalıyev, Cavanşir Paşazadə, Nurlan Həsənov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi