Modern.az

Zakir Həsənovdan daha bir təyinat: Ali Hərbi Məktəbə yeni rəis təyin edildi

Zakir Həsənovdan daha bir təyinat: Ali Hərbi Məktəbə yeni rəis təyin edildi

Ölkə

5 Noyabr 2013, 12:22

General-mayor Heydər Priyev yenidən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə rəis vəzifəsinə təyin edilib. Modern.az bildirir ki, bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov məlumat verib.

Onun sözlərinə görə, H.Piriyev bu vəzifəyə Naxçıvan Hərbi Birləşməsinin Qərargah rəisi vəzifəsindən azad edilərək, gətirilib.

Məktəbin rəisi vəzifələrini icra edən polkovnik Mirzəli Yusifov isə vəzifəsindən azad edilib.

X.SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi