Modern.az

Bələdiyyə mülkiyyətində tikilən ev söküldü - FOTO

Bələdiyyə mülkiyyətində tikilən ev söküldü - FOTO

Aktual

14 May 2024, 13:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Balakən rayonunun Hənifə kəndində vətəndaş tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktını aşkarlayıb.

Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

 

 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım