Modern.az

Məşhur qəzetlərin jurnalistləri Dağlıq Qarabğa qanunsuz səfər edib - VİDEO

Məşhur qəzetlərin jurnalistləri Dağlıq Qarabğa qanunsuz səfər edib - VİDEO

Təhsil

5 Noyabr 2013, 13:34

Onların içində məşhur “İzvestiya”, “La Tribun” və “Oqonyok”un əməkdaşları da var


Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə xarici jurnalistlərin növbəti qanunsuz səfər baş tutub. Modern.az xəbər verir ki, “Avropa və Asiya jurnalistləri Media Konqresi” Şurasının sədri Aşot Cazoyanın təşkilatçılığı ilə baş tutan səfər zamanı jurnalist qrupu Xankəndi və Şuşa şəhərlərindəki məktəblərə baş çəkiblər. Daha sonra isə xarici jurnalistlər “Mesrop Maştotç” və “Arçax dövlət universitetlərində” tələbələrlə görüş keçiriblər. Qondarma rejimin separatçı “parlament spikeri” Aşot Qulyanla görüş keçirən qonaqlar həm də yerli erməni kilsəsinin arxiyepiskopu Parqev Martirosyanıla söhbətləşiblər.

Səfərin təşkilatçısı olan Aşot Cazoyan yerli tələbələrin suallarına cavab verərkən məqsədin “Qarabağ həqiqətlərinin dünya birliyinə çatdırılması olduğunu” bəyan edib.

Rusiyanın “Novıe İzvestiya” qəzetinin baş redaktoru Valeri Yakov isə erməni gənclərin göndərəcəyi xəbərlərdən qəzetdə rubrika yaratmaq istədiyini bildirib.

Qeyd edək ki, jurnalist qrupunun tərkibində, Rusiyanın “Novıe İzvestiya” qəzetinin baş redaktoru Valeri Yakov, Almaniyanın “Rufa” agentliyinin baş redaktoru Hizbert Mrozek, Ukraynanın “İzvestiya” qəzetinin baş redaktoru Yanina Sokolovskaya, “La Tribun” qəzetinin baş redaktoru Emmanuel Qrispen, İspaniyanın “EFE” informasiya agentliyinin əməkdaşı Orteqa Vasalo Xose İqnasio, “Oqonyok” jurnalının əməkdaşı Olqa Çipenyuk, “Dojd” telekanalının əməkdaşı Anastasiya Olesik daxil olub.
Bir gün davam edən tanışlıq xarakterli səfərdən sonra jurnalistlər Qarabağı tərk ediblər.



Vüqar İsmayılov  

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi