Modern.az

Latviya Ukrayna üçün mərmilərə 10 milyon avro AYIRDI

Latviya Ukrayna üçün mərmilərə 10 milyon avro AYIRDI

Dünya

15 May 2024, 12:36

Latviya Ukrayna üçün mərmilərə 10 milyon avro ayırıb.

 

Modern.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

 

Ölkənin müdafiə naziri Andris Sprudsun sözlərinə görə, bu vəsait 3 mindən çox155 mm-lik mərmi alınmasına sərf olunacaq. Həmçinin iyunda Riqa Kiyevə 1000 döyüş pilotsuz uçan aparatı təhvil verəcək.

 

Spruds xatırladıb ki, bu il və növbəti iki il ərzində Latviya Ukraynaya ÜDM-in 0,25%-i həcmində hərbi dəstək verəcək. Cari il bu, 112 milyon avro təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...