Modern.az

Lukaşenkonun köməkçisi ÖLDÜ

Lukaşenkonun köməkçisi ÖLDÜ

Dünya

15 May 2024, 16:22

Belarus Respublikası Prezidentinin köməkçisi - Minsk vilayəti üzrə inspektor Vladimir Kalaç 55 yaşında qəflətən vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə BELTA-ya Minsk Vilayət İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

 

Vladimir Kalaç 1969-cu ildə Brest vilayətində anadan olub. 2010-2018-ci illərdə Belarus Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin Minsk və Minsk vilayəti üzrə şöbəsinin rəisi vəzifəsində işləyib. 2018-2021-ci illərdə Belarus Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini olub.

 

2021-ci ildən Vladimir Kalaç Belarus Respublikası Prezidentinin köməkçisi - Minsk vilayəti üzrə müfəttiş vəzifəsində çalışır. 2012-ci ildə ona general-mayor hərbi rütbəsi verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...