Modern.az

Belarus XİN-in Bayramov-Aleynik görüşü barədə AÇIQLAMASI

Belarus XİN-in Bayramov-Aleynik görüşü barədə AÇIQLAMASI

Dünya

15 May 2024, 16:54

Mayın 15-də Bakıda Belarusun xarici işlər naziri Sergey Aleynik və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar olub.

 

Modern.az xəbər verir ki, bu barədə BELTA-ya Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, tərəflər ikitərəfli və çoxtərəfli gündəliyin geniş spektrini müzakirə edərək, ticarət-iqtisadi, humanitar və parlamentlərarası əməkdaşlığın inkişafına xüsusi diqqət yetiriblər.

 

“Nazirlər ikitərəfli qarşılıqlı fəaliyyət üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin və yenilənməsinin vacibliyini qeyd ediblər, iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını və Minsk ilə Bakı arasında müxtəlif sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsində qarşılıqlı marağı vurğulayıblar”, - deyə məlumatda bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...