Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın olması barədə ilkin məlumat daxil olub.
Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Daxili İşlər Nazirliyi isə bildirir ki, Azadlıq prospektində yerləşən mağazada yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.
***
23:48
Bakı şəhəri, Azadlıq prospektində yerləşən gül mağazasında güclü yanğın başlayıb.
Modern.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.