Modern.az

Paşinyan delimitasiya protokolu barədə: BÖYÜK UĞURDUR!

Paşinyan delimitasiya protokolu barədə: BÖYÜK UĞURDUR!

Dünya

16 May 2024, 11:12

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Ermənistan və Azərbaycan arasında Tavuş vilayətində delimitasiya haqqında protokolun imzalanmasını böyük uğur adlandırıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Paşinyan bunu hökumətin iclasında qeyd edib.

 

O deyib ki, bu, Ermənistanın suverenliyinin və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub.

 

"Müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir ki, bu da təkcə bu hissədə deyil, həm də Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq", - Paşinyan bildirib.

 

O, bu prosesə görə baş nazirin müavini Qriqoryanın rəhbərlik etdiyi Ermənistan hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib.

Bu xəbər ilə bağlı
Qazaxın 4 kəndi ilə bağlı protokol İMZALANDI
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi