Modern.az

Bakıda Pekinə ucuz biletlər satışa çıxarıldı

Bakıda Pekinə ucuz biletlər satışa çıxarıldı

Aktual

17 May 2024, 09:23

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə, həm də hər iki istiqamətdə aviabiletlər üçün keçərlidir. 

Bu barədə Modern.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Bakıdan Pekinə aviabiletlərin qiyməti:

  • Bir tərəfə — 235 ABŞ dollarından;

  • Gediş-dönüş — 391 ABŞ dollarından;

Pekindən Bakıya aviabiletlərin qiyməti:

  • Bir tərəfə — 214 ABŞ dollarından;

  • Gediş-dönüş — 398 ABŞ dollarından başlayır.

Qeyd edək ki, endirimli qiymətlər yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 2024-cü il mayın 31-nə kimi həyata keçirəcəyi reyslərinə şamil olunur. Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

Pekində Böyük Çin səddinə ziyarət və Saray Muzeyində gəzintidən, ənənəvi Çin mətbəxinin dadı və məşhur bazarlarda alış-verişdən zövq ala bilərsiniz. Xüsusi qiymətlərlə Pekinə səyahət etmək fürsətini qaçırmayın!

Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı